Xəzər Xəbər

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar

Region | 15:56 • 5 Noyabr 2023
Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar

Dünya şöhrətli dörd əsas səyyahlar şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər və Laçın rayonlarında olublar.

Xezerxeber.az xəbər verir ki, əcnəbi səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal dövründə digər ərazilərimizin kimi Kəlbəcər və Laçında da törətdikləri vandalizmin izləri ilə tanış olublar. Qonaqlar, həmçinin Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Kəlbəcərdə İstisuya baş çəkən səyyahlar bölgənin təbiətinə heyran qaldıqlarını ifadə ediblər. Onlar Kəlbəcərdə Ermənistan tərəfindən işğal dövründə dağıdılmış evlərə də baxış keçiriblər.

Kəlbəcərdən sonra Laçına səfər edən səyyahlara əvvəlcə tanınmış fotojurnalist Reza Deqatinin şəkillərindən ibarət sərgiyə baş çəkib, Laçın seyrangahından şəhərə tamaşa ediblər.

Onlara Laçında görülən bərpa-quruculuq işləri ilə barədə ətraflı məlumat verilib.

Sonra xarici səyyahların sualları cavablandırılıb.

 

Xəbər lenti

Çox oxunanlar