Xəzər Xəbər

Tək yaşayan qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Polis əməliyyat keçirib
Region | 10:02 • 3 Noyabr 2023
Tək yaşayan qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Xezerxeber.az bildirir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Qeyd edək ki, iki gün əvvəl Mafizə Şirinbalayevanın meyiti Xaçmaz şəhəri ərazisində tək yaşadığı evdə aşkarlanmışdı.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Çox oxunanlar