Xəzər Xəbər

Kəlbəcər sakini bacısını öldürüb

Region | 08:47 • 2 Noyabr 2023
Kəlbəcər sakini bacısını öldürüb

Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Kəlbəcər Rayon Prokurorluğundan Xezerxeber.az-a bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti