Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 64 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 1 poqonometr mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd soyuducu qismən yanıb, yüksək temperaturdan mətbəxin 1 ədəd plastikdən ibarət qapısı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.