Xəzər Xəbər

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından üç il ötür

Region | 09:12 • 27 Oktyabr 2023
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından üç il ötür

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.

Xezerxeber.az xəbər verir ki, Vətən müharibəsində Bərdə rayonu da Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həyatını itirib, 14 mülki şəxs yaralanıb.

Ümumilikdə isə 2020-ci il oktyabrın 5-i, 8-i, 27-si və 28-də, həmçinin noyabrın 7-də Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Çox oxunanlar