Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çay yatağına aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.