Xəzər Xəbər

Anasını bıçaqlayan şəxs saxlanılıb YENİLƏNİB

Region | 09:46 • 23 Oktyabr 2023
Anasını bıçaqlayan şəxs saxlanılıb

Ağdaşda anasını bıçaqlayan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Saat: 09.20

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Xezerxeber.az xəbər verir ki, 2006-cı il təvəllüdlü K.H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.

Daha sonra o, anasını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar