Xəzər Xəbər

Qubada baş verən yol qəzasında ölənlərin sayı artıb YENİLƏNİB

Region | 18:46 • 22 Oktyabr 2023
Qubada baş verən yol qəzasında ölənlərin sayı artıb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.

Hadisə nəticəsində F.Talıbov, eləcə də sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

17:42

Oktyabrın 22-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndi ərazisində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar