Xəzər Xəbər

Beyləqanda iki yük avtomobili toqquşub FOTO

Region | 16:50 • 22 Oktyabr 2023
Beyləqanda iki yük avtomobili toqquşub

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki yük avtomobili bir-birinə çırpılıb, nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar - 1990-cı il təvəllüdlü Qasımov Elçin Yaqut oğlu və 1982-ci il təvəllüdlü Qaraşov Vüsal Dilən oğlu təcili tibbi yardım briqadası tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə edilən məlumata görə, Qaraşov Vüsal Dilən oğlu göz almasının yad cisimlə dəlib keçilmiş yarası, ayağın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar