Xəzər Xəbər

Ağdamın bu kəndlərində evlərin tikintisinə başlanır

Region | 15:08 • 19 Oktyabr 2023
Ağdamın bu kəndlərində evlərin tikintisinə başlanır

Ağdamda kəndlərdə və yaşayış məntəqələrində artıq torpaq işlərinə başlanılıb. Bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək. Digər kəndlər isə layihələndirmə prosesindədir.

Xezerxeber.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində deyib.

Bəşir Hacıyev qeyd edib ki, Ağdamda dəmir yolu və avtovağzal kompleksinin 2024-cü ilin sonunadək yekunlaşması nəzərdə tutulub. Uzunluğu 44 kilometr olan Bərdə-Ağdam yolu isə artıq yekunlaşmaq üzrədir.

Xəbər lenti

Çox oxunanlar