Xəzər Xəbər

Horovlu kəndində birinci mərhələdə 334 fərdi evin tikintisi planlaşdırılıb

Region | 10:48 • 19 Oktyabr 2023
Horovlu kəndində birinci mərhələdə 334 fərdi evin tikintisi planlaşdırılıb

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndində birinci mərhələdə 334 fərdi evin tikintisi planlaşdırılıb. 

Xezerxeber.az xəbər verir ki, birinci mərhələdə kəndə 1395 nəfərin köçürülməsi nəzərdə tutulur. 

Qeyd edək ki, kənd tamamilə yenidən qurulacaq.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. 

Həmçinin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

 

Xəbər lenti

Çox oxunanlar