Xəzər Xəbər

Sülhməramlıların Əsgəran, Ağdərə, Xocavənd və Şuşadakı məntəqələri bağlanıb

Region | 09:50 • 19 Oktyabr 2023
Sülhməramlıların Əsgəran, Ağdərə, Xocavənd və Şuşadakı məntəqələri bağlanıb

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri bağlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yol boyu 14, o cümlədən Azərbaycan tərəfi ilə əməkdaşlıq çərçivəsində 8 nəzarət-buraxılış məntəqəsi quraşdırılıb”, - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Xəbər lenti

Çox oxunanlar