Xəzər Xəbər

Prokurorluq Xocavənddə baş verən mina partlayışı üzrə araşdırma aparı

Region | 15:01 • 13 Oktyabr 2023
Prokurorluq Xocavənddə baş verən mina partlayışı üzrə araşdırma aparı

Oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Xezerxeber.az-a bildirilib ki, araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar