Xəzər Xəbər

Lənkəranda avtomobil məktəblini vuraraq öldürüb FOTO

Region | 15:15 • 9 Oktyabr 2023
Lənkəranda avtomobil məktəblini vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb.

10-TM-103 dövlət nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsi Gərmətük kənd sakini 2011-ci il təvəllüdlü Süleyman Məhəmməd oğlu Nəzərzadəni vurub. Uşaq aldığı xəsarətlərdən ölüb. 

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" yüksək sürətlə hərəkətdə olub və işıqforun qırmızı xəttindən keçib. Piyada S.Nəzərzadə marşrutdan düşüb yolu keçmək istəyən anda onu maşın vurub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar