Xəzər Xəbər

Siyəzəndə qəza nəticəsində ölən və yaralananların kimliyi məlum olub YENİLƏNİB

Region | 10:44 • 9 Oktyabr 2023
Siyəzəndə qəza nəticəsində ölən və yaralananların kimliyi məlum olub

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi məlum olub.

Xezerxeber.az xəbər verir ki, qəzada 1983-cü il təvəllüdlü Cığəliyev Zaur Böyükağa oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1961-ci il təvəllüdlü Quliyev Əliyoldaş Həmid oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü Əliyoldaş Quliyev hadisə yerində ölüb. “Opel”in sürücüsü Zaur Cığəliyev və avtomobildə olan sərnişin 1976-cı il təvəllüdlü Həsənov Rəşid Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdiriliblər.

Qəza zamanı ölən və yaralananlar Siyəzən rayonun Yenikənd kəndinin sakinləridir.

10:11

Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisində ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yaralanlar Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar