Xəzər Xəbər

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub

Region | 18:21 • 6 Oktyabr 2023
Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub

Oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlu vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda bildirilib.

Xəbər lenti

Çox oxunanlar