Xəzər Xəbər

Füzuli rayonunda ağır yol qəzası baş verib, 3 polis əməkdaşı həlak olub

Region | 01:41 • 19 Sentyabr 2023
Füzuli rayonunda ağır yol qəzası baş verib, 3 polis əməkdaşı həlak olub

Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Xəbər lenti