Xəzər Xəbər

Körpünün çökməsinə səbəb sel suları olub FOTO

Region | 09:59 • 15 Sentyabr 2023
Körpünün çökməsinə səbəb sel suları olub

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən (AAYDA) Xezerxeber.az-a verilən məlumata görə, əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti