Xəzər Xəbər

Astarada torpaq sürüşməsi olub, bir ev qəzalı vəziyyətə düşüb

Region | 09:36 • 15 Sentyabr 2023
Astarada torpaq sürüşməsi olub, bir ev qəzalı vəziyyətə düşüb

Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə vətəndaşa məxsus ev qəzalı vəziyyətə düşüb, piyada körpüsü uçub.

Xezerxeber.az xəbər verir ki, son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə səbəb olub. Dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyani sahəsini əhatə edib. 

Xəbər lenti

Çox oxunanlar