Xəzər Xəbər

Füzulidə avtomobil ağaca çırpılıb, ölənlər və yaralananlar var

Region | 10:47 • 13 Sentyabr 2023
Füzulidə avtomobil ağaca çırpılıb, ölənlər və yaralananlar var

Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a bildirilib ki, nəticədə sürücü və sərniṣin qismində olan - Füzuli rayon sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti