Xəzər Xəbər

İnternet kabeli çəkilən zaman qaz xətti zədələnib, 13 yaşayış məntəqəsi qazsız qalıb

Region | 15:56 • 11 Sentyabr 2023
İnternet kabeli çəkilən zaman qaz xətti zədələnib, 13 yaşayış məntəqəsi qazsız qalıb

“Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin internet kabeli çəkən təşkilat tərəfindən zədələnməsi ilə bağlı 11.09.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Xezerxeber.az-a verilən məlumata görə, Masallı rayonunun 13 yaşayış (14000 abonent) məntəqəsinin qaz təchizatında fasilə yaranıb. 

“Hal-hazırda təmir-bərpa işləri aparılır”, - məlumatda qeyd olunur.

Xəbər lenti

Çox oxunanlar