Xəzər Xəbər

Göygöldə qəza: bir nəfər ölüb, yaralılar var

Region | 22:58 • 10 Sentyabr 2023
Göygöldə qəza: bir nəfər ölüb, yaralılar var

Göygöl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti