Xəzər Xəbər

Qubada ağır yol qəzası baş verib, iki nəfər həyatını itirib

Region | 22:22 • 10 Sentyabr 2023
Qubada ağır yol qəzası baş verib, iki nəfər həyatını itirib

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Quba- Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib. Qəzadan sonra avtomobillərdən biri alışıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti