Xəzər Xəbər

Siyəzəndə qəzada xəsarət alan qadın ölüb

Region | 14:58 • 7 Sentyabr 2023
Siyəzəndə qəzada xəsarət alan qadın ölüb

Sentyabrın 1-də Siyəzən rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri də ölüb.

Xezerxeber.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Siyafət Əmirovanın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada S.Əmirovanın həyat yoldaşı və 3 yaşlı oğlu da dünyasını dəyişmişdi. Hadisə zamanı yeddi nəfər xəsarət almışdı. Onlardan biri də S.Əmirova idi.

Xəbər lenti