Xəzər Xəbər

Quba-İspik-Xınalıq yolunda selin yaratdığı fəsadlar aradan qaldırılıb

Region | 11:12 • 7 Sentyabr 2023
Quba-İspik-Xınalıq yolunda selin yaratdığı fəsadlar aradan qaldırılıb

Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində ) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Xezerxeber.az-a verilən məlumata görə, bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. 

“Dərhal avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub”, - məlumatda bildirilib.

Qeyd olunub ki, təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.

Xəbər lenti

Çox oxunanlar