Xəzər Xəbər

Qubada avtomobil çaya düşüb, ölən və yaralanan var FOTO

Region | 09:45 • 5 Sentyabr 2023
Qubada avtomobil çaya düşüb, ölən və yaralanan var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb.

"Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti