Xəzər Xəbər

Kürdəmirdə növbəti zəlzələ qeydə alınıb

Region | 01:50 • 4 Sentyabr 2023
Kürdəmirdə növbəti zəlzələ qeydə alınıb

Sentyabrın 4-də Kürdəmir stansiyasından 18 kilometr cənubda - Kürdəmir rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, yerli vaxtla saat 01:19-da qeydə alınan zəlzələnin maqnitudası 3-ə bərabər olub.

Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 20:35-də Kürdəmir rayonunda qeydə alınan zəlzələnin maqnitudası 5,2-yə bərabər olub. Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 5, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Mingəçevir, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Xəbər lenti