Xəzər Xəbər

Qubada 46 nəfər narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub FOTO

Region | 10:08 • 2 Sentyabr 2023
Qubada 46 nəfər narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub

Qubada son 3 ayda narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanılıb.

DİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 3 ay ərzində rayon ərazisində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.

Bundan başqa rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Xəbər lenti

Çox oxunanlar