Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.