Xəzər Xəbər

Siyəzəndə ağır yol qəzası - ata və oğlu ölüb

Region | 09:40 • 1 Sentyabr 2023
Siyəzəndə ağır yol qəzası - ata və oğlu ölüb

Sentyabrın 1-i səhər saatlarında Siyəzəndə ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 1986-cı il təvəllüdlü Samit Əmirov Bədəl oğlu və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar