Xəzər Xəbər

Taksi sürücüsü qadın sərnişinə qarşı soyğunçuluq edib

Region | 16:33 • 29 Avqust 2023
Taksi sürücüsü qadın sərnişinə qarşı soyğunçuluq edib

Gəncədə taksidə soyğunçuluq edilib.

Xezerxeber.az DİN-ə istinadən xəbər verir ki, avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar