Avqustun 21-dən 27-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 528,1 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Xezerxeber.az xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 256 piyada əleyhinə, 92 tank əleyhinə mina, 71 partlamamış hərbi sursat aşkarlanıb.