Xəzər Xəbər

Bölgələrdə leysan yağıb, sel keçib FAKTİKİ HAVA

Region | 22:38 • 26 Avqust 2023
Bölgələrdə leysan yağıb, sel keçib

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 26-sı saat 21:00-a olan məlumatına əsasən, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Sabirabad, Neftçala, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Göyçay rayon Qaraməryam kəndinin dağlıq ərazilərinə yağan leysan yağış nəticəsində Qaraməryam kəndindən sel keçib.

Xəbər lenti

Çox oxunanlar