Xəzər Xəbər

Cəbrayılda mərmi alışdırıcısı partlayıb, xəsarət alan var YENİLƏNİB

Region | 13:15 • 25 Avqust 2023
Cəbrayılda mərmi alışdırıcısı partlayıb, xəsarət alan var

Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Xezerxeber.az-a bildirilib ki, 2023-cü il 25 avqust tarixində Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində "OG-9" sursatına aid alışdırıcının partlayışı baş verib.
Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

12:20

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu, Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar