Xəzər Xəbər

Xaçmazda istirahət mərkəzində 20 yaşlı qadın bıçaqlanıb

Region | 09:51 • 25 Avqust 2023
Xaçmazda istirahət mərkəzində 20 yaşlı qadın bıçaqlanıb

Avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə Xaçmaz Rayon Prokurorluğuna məlumat daxil olub. 

Xaçmaz Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Xaçmax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutularaq.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024