Xəzər Xəbər

Kəlbəcərdə ağır yol qəzası baş verib

Region | 09:46 • 25 Avqust 2023
Kəlbəcərdə ağır yol qəzası baş verib

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda minik maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Xezerxeber.az xəbər verir ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb.

Nəticədə nəqliyyat vasitəsi  dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024