Xəzər Xəbər

Şəmkir sakini həmyerlisini bıçaqlayıb

Region | 09:32 • 22 Avqust 2023
Şəmkir sakini həmyerlisini bıçaqlayıb

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonunun Mahmudlu kənd sakini, 1968-ci il təvəllüdlü Fazil Alıyevin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə F. Alıyevə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, 1992-ci il təvəllüdlü Ülvi Paşayev saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı şübhəli şəxs F. Alıyev ilə şəxsi münasibətlər zəminində mübahisə etdiyini, ona görə xəsarət yetirdiyini etiraf edib.

Xəbər lenti

Çox oxunanlar