Xəzər Xəbər

Masallıda qəza: 10 yaşlı uşaq ağır xəsarət alıb

Region | 10:15 • 8 Avqust 2023
Masallıda qəza: 10 yaşlı uşaq ağır xəsarət alıb

Masallı rayonunda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü Amin Sərxan oğlu İsmayılov ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır. (report) 

Xəbər lenti

Çox oxunanlar