Xəzər Xəbər

Qaxda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərləndi

Region | 12:20 • 7 Avqust 2023
Qaxda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərləndi

Qax rayonunda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib.

Xezerxeber.az xəbər verir ki, hadisə avqustun 6-da rayonun Tanqıt kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 43 yaşlı Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib. Daha sonra o, xəstəxanaya müraciət edib.

Hazırda Fehruz Fərzəliyevin müalicəsi davam etdirilir. (report) 

 

Xəbər lenti

Çox oxunanlar