Xəzər Xəbər

56 yaşlı kişi uçurumdan yıxılaraq öldü

Region | 10:20 • 3 Avqust 2023
56 yaşlı kişi uçurumdan yıxılaraq öldü

Gədəbəydə 56 yaşlı kişi uçurumdan yıxılaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Tofiq Quliyev Pərvin Məmmədliyə məxsus fərdi yaşayış evinin həyətində ot biçərkən öz ehtiyatsızlığından uçurumun kənarından yıxılıb.

Təxminən 10 metr hündürlükdən yıxılan şəxs ölüb. 

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)

Xəbər lenti

Çox oxunanlar