Xəzər Xəbər

Ağsuda su anbarında bir nəfər batdı

Region | 09:43 • 2 Avqust 2023
Ağsuda su anbarında bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda “Cavanşir” su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar