Xəzər Xəbər

Goranboyda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Region | 15:08 • 1 Avqust 2023
Goranboyda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Goranboy-Ağcakənd avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerində müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, sərnişin avtobusu və "VAZ 2107" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Vüsal Əliyev və sərnişin Ceyhun Rəhimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir. (apa) 

 

Xəbər lenti

Çox oxunanlar