Xəzər Xəbər

Sabirabadda üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb YENİLƏNİB

Region | 13:05 • 31 İyul 2023
Sabirabadda üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Sabirabadda 3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Sabirabad Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, iyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Fakta görə Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

12:20

Sabirabadda 12 yaşlı əkiz qardaşları və onların 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar