Xəzər Xəbər

Masallıda arvadını öldürən şəxsə cinayət işi açıldı

Region | 22:14 • 30 İyul 2023
Masallıda arvadını öldürən şəxsə cinayət işi açıldı

İyulun 30-u saat 18 radələrində Masallı rayon sakini 1979-cu il təvəllüdlü İlkanə Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Xezerxeber.az-a bildirilib ki, aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Məmmədovun rayonun Təklə kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar