Xəzər Xəbər

Ər arvadını öldürdü, sonra özünü bıçaqladı

Hadisə Masallıda baş verib
Region | 19:36 • 30 İyul 2023
Ər arvadını öldürdü, sonra özünü bıçaqladı

İyulun 30-da saat 18:30 radələrində Masallı rayonu, Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar