Xəzər Xəbər

Qazaxda 8 tona yaxın çətənə kolu məhv edilib

Region | 10:23 • 27 İyul 2023
Qazaxda 8 tona yaxın çətənə kolu məhv edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətnin əməkdaşlarının birgə keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fərəhli, Abbasbəyli, Yuxarı Salahlı və Birinci Şıxlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, ümumi çəkisi 7 ton 780 kiloqram olan çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024