Xəzər Xəbər

Zəngilanda hərbi sursatlar aşkar edilib FOTO

Region | 09:04 • 27 İyul 2023
Zəngilanda hərbi sursatlar aşkar edilib

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər. Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zəngilan RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar