Xəzər Xəbər

İsmayıllıda yanğın baş verib

Region | 14:50 • 25 İyul 2023
İsmayıllıda yanğın baş verib

İsmayıllıda şəhər mərkəzindəki evlərdən birində yanğın hadisəsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumata görə, mağazaların birində baş verən yanğın yaxınlıqda olan evlərə keçib.

Qısa müddətdə şiddətlənən alov iki fərdi evi və marketləri əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Yanğın hansı səbəbdən baş verməsi aparılan araşdırmaların sonunda bəlli olacaq.

Xəbər lenti

Çox oxunanlar