Xəzər Xəbər

Mingəçevirdə motorlu qayığın limana çırpılması araşdırılır

Region | 09:42 • 25 İyul 2023
Mingəçevirdə motorlu qayığın limana çırpılması araşdırılır

Baş Prokurorluq Mingəçevirdə motorlu qayığın limana çırpılması ilə bağlı məlumat yayıb.

Xezerxeber.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti