Xəzər Xəbər

Dəmiryolu xəttində qəza ilə bağlı araşdırma aparılır YENİLƏNİB

Region | 09:06 • 25 İyul 2023
Dəmiryolu xəttində qəza ilə bağlı araşdırma aparılır

İyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb. Qəza ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Xəbər lenti